Azəri
Surah Ya-seen - Aya count 83
يس
( 1 ) ![Azəri - Ya-seen - Aya 1 Ya-seen - Aya 1](style/islamic/icons/mp3.png)
Ya, Sin!
وَالْقُرْآنِ الْحَكِيمِ
( 2 ) ![Azəri - Ya-seen - Aya 2 Ya-seen - Aya 2](style/islamic/icons/mp3.png)
(Ya Rəsulum!) Hikmətlə dolu Qur’ana and olsun ki,
إِنَّكَ لَمِنَ الْمُرْسَلِينَ
( 3 ) ![Azəri - Ya-seen - Aya 3 Ya-seen - Aya 3](style/islamic/icons/mp3.png)
Sən, həqiqətən, (Allah tərəfindən göndərilmiş, şəriət sahibi olan) peyğəmbərlərdənsən!
عَلَىٰ صِرَاطٍ مُّسْتَقِيمٍ
( 4 ) ![Azəri - Ya-seen - Aya 4 Ya-seen - Aya 4](style/islamic/icons/mp3.png)
Düz yoldasan! (Doğru yol üzrə göndərilən peyğəmbərlərdənsən. Allahın əsl tövhid dini olan islam dinindənsən. Bu yolu tutub gedən haqqa yetişər).
تَنزِيلَ الْعَزِيزِ الرَّحِيمِ
( 5 ) ![Azəri - Ya-seen - Aya 5 Ya-seen - Aya 5](style/islamic/icons/mp3.png)
Bu Qur’an (mülkündə) yenilməz qüvvət sahibi, (bəndələrinə) mərhəmətli olan (Allah) tərəfindən nazil edilmişdir ki,
لِتُنذِرَ قَوْمًا مَّا أُنذِرَ آبَاؤُهُمْ فَهُمْ غَافِلُونَ
( 6 ) ![Azəri - Ya-seen - Aya 6 Ya-seen - Aya 6](style/islamic/icons/mp3.png)
(Onunla Cahiliyyət dövründə) ataları (Allahın əzabı ilə) qorxudulmamış və (Allahın hökmlərindən, imandan, tövhiddən) qafil olan bir tayfanı xəbərdar edib qorxudasan!
لَقَدْ حَقَّ الْقَوْلُ عَلَىٰ أَكْثَرِهِمْ فَهُمْ لَا يُؤْمِنُونَ
( 7 ) ![Azəri - Ya-seen - Aya 7 Ya-seen - Aya 7](style/islamic/icons/mp3.png)
And olsun ki, onların əksəriyyəti barəsində o söz (əzəldən buyurduğumuz əzab hökmü) gerçək olmuşdur, çünki onlar (Allaha və Peyğəmbərinə) iman gətirməzlər. (Biz onların iman gətirməyəcəklərini Öz əzəli elmimizlə bilib lövhi-məhfuzda təsbit etmişik).
إِنَّا جَعَلْنَا فِي أَعْنَاقِهِمْ أَغْلَالًا فَهِيَ إِلَى الْأَذْقَانِ فَهُم مُّقْمَحُونَ
( 8 ) ![Azəri - Ya-seen - Aya 8 Ya-seen - Aya 8](style/islamic/icons/mp3.png)
Biz onların boyunlarına dəmir həlqələr (zəncir) keçirtmişik. (O həlqələr) onların lap çənələrinə dirənmişdir. Buna görə də başları yuxarı qalxmış, gözləri aşağı dikilmişdir. (Kafirlərin əlləri zəncirlə boyunlarına bağlandığı üçün başlarını yuxarı qaldırmağa, gözlərini də aşağı dikməyə məcbur olmuşlar. Onlar boyunlarını bir tərəfə döndərmək, əllərini sağa-sola tərpətmək, ətrafa nəzər salmaq, hətta ayaqlarının altını görmək iqtidarında belə deyillər. Beləliklə, kafirlər nə haqqı görər, nə də ona boyun əyərlər).
وَجَعَلْنَا مِن بَيْنِ أَيْدِيهِمْ سَدًّا وَمِنْ خَلْفِهِمْ سَدًّا فَأَغْشَيْنَاهُمْ فَهُمْ لَا يُبْصِرُونَ
( 9 ) ![Azəri - Ya-seen - Aya 9 Ya-seen - Aya 9](style/islamic/icons/mp3.png)
Biz onların önlərinə və arxalarına sədd çəkib (gözlərini) bağlamışıq. Buna görə də (Allahın qüdrətinə dəlalət edən əlamətləri) görmürlər. (Kafirlərin qəlb gözü kor edilmiş, bütün iman yolları üzlərinə bağlanmışdır. Onlar zahirən görsələr də, mə’nən kordurlar).
وَسَوَاءٌ عَلَيْهِمْ أَأَنذَرْتَهُمْ أَمْ لَمْ تُنذِرْهُمْ لَا يُؤْمِنُونَ
( 10 ) ![Azəri - Ya-seen - Aya 10 Ya-seen - Aya 10](style/islamic/icons/mp3.png)
(Ya Peyğəmbər!) Sən onları qorxutsan da, qorxutmasan da, onlar çün birdir: iman gətirməzlər!
إِنَّمَا تُنذِرُ مَنِ اتَّبَعَ الذِّكْرَ وَخَشِيَ الرَّحْمَٰنَ بِالْغَيْبِ ۖ فَبَشِّرْهُ بِمَغْفِرَةٍ وَأَجْرٍ كَرِيمٍ
( 11 ) ![Azəri - Ya-seen - Aya 11 Ya-seen - Aya 11](style/islamic/icons/mp3.png)
Sən ancaq Qur’ana tabe olub, Rəhmandan (Onu) görmədən qorxan kimsəni qorxuda bilərsən. Beləsinə (axirətdə) bağışlanacağı və çox gözəl bir mükafata (Cənnətə) nail olacağı ilə müjdə ver!
إِنَّا نَحْنُ نُحْيِي الْمَوْتَىٰ وَنَكْتُبُ مَا قَدَّمُوا وَآثَارَهُمْ ۚ وَكُلَّ شَيْءٍ أَحْصَيْنَاهُ فِي إِمَامٍ مُّبِينٍ
( 12 ) ![Azəri - Ya-seen - Aya 12 Ya-seen - Aya 12](style/islamic/icons/mp3.png)
Həqiqətən, ölüləri dirildən, onların (dünyada) nə etmiş olduqlarını və qoyub getdiklərini yazan Bizik. Biz hər şeyi hesaba alıb açıq-aydın Kitabda (lövhi-məhfuzda) təsbit etmişik.
وَاضْرِبْ لَهُم مَّثَلًا أَصْحَابَ الْقَرْيَةِ إِذْ جَاءَهَا الْمُرْسَلُونَ
( 13 ) ![Azəri - Ya-seen - Aya 13 Ya-seen - Aya 13](style/islamic/icons/mp3.png)
(Ya Peyğəmbər!) Sən onlara o şəhər əhlini (antakiyalıları) misal çək! O zaman ki, onlara elçilər gəlmişdi.
إِذْ أَرْسَلْنَا إِلَيْهِمُ اثْنَيْنِ فَكَذَّبُوهُمَا فَعَزَّزْنَا بِثَالِثٍ فَقَالُوا إِنَّا إِلَيْكُم مُّرْسَلُونَ
( 14 ) ![Azəri - Ya-seen - Aya 14 Ya-seen - Aya 14](style/islamic/icons/mp3.png)
O zaman onlara iki elçi göndərmişdik, amma onlar ikisini də təkzib etmişdilər. Biz də (o iki elçini) üçüncüsü ilə qüvvətləndirmişdik. Onlar dedilər: “Həqiqətən, biz sizə göndərilmiş elçilərik!”
قَالُوا مَا أَنتُمْ إِلَّا بَشَرٌ مِّثْلُنَا وَمَا أَنزَلَ الرَّحْمَٰنُ مِن شَيْءٍ إِنْ أَنتُمْ إِلَّا تَكْذِبُونَ
( 15 ) ![Azəri - Ya-seen - Aya 15 Ya-seen - Aya 15](style/islamic/icons/mp3.png)
(Antakiyalılar:) “Siz də bizim kimi ancaq adi bir insansınız. (Heç bir şeydə bizdən üstün deyilsiniz. Əgər peyğəmbər olsaydınız, mələk qiyafəsində gələrdiniz). Rəhman (sizə) heç bir şey (kitab, mö’cüzə) nazil etməmişdir. Siz sadəcə olaraq yalan danışırsınız!” – dedilər.
قَالُوا رَبُّنَا يَعْلَمُ إِنَّا إِلَيْكُمْ لَمُرْسَلُونَ
( 16 ) ![Azəri - Ya-seen - Aya 16 Ya-seen - Aya 16](style/islamic/icons/mp3.png)
(Elçilər) dedilər: “Rəbbimiz bizim, doğrudan da, sizə göndərilmiş elçilər olduğumuzu bilir.
وَمَا عَلَيْنَا إِلَّا الْبَلَاغُ الْمُبِينُ
( 17 ) ![Azəri - Ya-seen - Aya 17 Ya-seen - Aya 17](style/islamic/icons/mp3.png)
Bizim vəzifəmiz yalnız (Allahın hökmlərini, peyğəmbərliyi) açıq-aşkar təbliğ etməkdir!”
قَالُوا إِنَّا تَطَيَّرْنَا بِكُمْ ۖ لَئِن لَّمْ تَنتَهُوا لَنَرْجُمَنَّكُمْ وَلَيَمَسَّنَّكُم مِّنَّا عَذَابٌ أَلِيمٌ
( 18 ) ![Azəri - Ya-seen - Aya 18 Ya-seen - Aya 18](style/islamic/icons/mp3.png)
(Antakiyalılar) dedilər: “Biz sizdə bir nəhslik gördük. (Sizin ucbatınızdan bizi bədbəxtlik basdı, bizə uğursuzluq üz verdi. Gəlişinizlə aramıza nifaq düşdü, yurdumuzun bərəkəti çəkildi, yağışımız kəsildi). Həqiqətən, əgər (Allahın elçiləri olmaq iddianızdan) əl çəkməsəniz, sizi mütləq daşqalaq edəcəyik və bizdən sizə mütləq bir şiddətli əzab toxunacaqdır”.
قَالُوا طَائِرُكُم مَّعَكُمْ ۚ أَئِن ذُكِّرْتُم ۚ بَلْ أَنتُمْ قَوْمٌ مُّسْرِفُونَ
( 19 ) ![Azəri - Ya-seen - Aya 19 Ya-seen - Aya 19](style/islamic/icons/mp3.png)
(Elçilər) dedilər: “Sizin nəhsliyiniz (uğursuzluğunuz) öz ucbatınızdandır (öz küfrünüz üzündəndir). Məgər sizə öyüd-nəsihət verildikdə (onu uğursuzluğa, nəhsliyəmi yozursunuz)! Xeyr, siz (günah etməkdə) həddi aşan bir camaatsınız!”
وَجَاءَ مِنْ أَقْصَى الْمَدِينَةِ رَجُلٌ يَسْعَىٰ قَالَ يَا قَوْمِ اتَّبِعُوا الْمُرْسَلِينَ
( 20 ) ![Azəri - Ya-seen - Aya 20 Ya-seen - Aya 20](style/islamic/icons/mp3.png)
Şəhərin (Antakiyanın) ən ucqar tərəfindən (abid) bir kişi (Həbib Həccar) çaparaq gəlib dedi: “Ey qövmüm! Elçilərə tabe olun!
اتَّبِعُوا مَن لَّا يَسْأَلُكُمْ أَجْرًا وَهُم مُّهْتَدُونَ
( 21 ) ![Azəri - Ya-seen - Aya 21 Ya-seen - Aya 21](style/islamic/icons/mp3.png)
Sizdən (haqqa də’vət müqabilində) heç bir muzd (mükafat) istəməyən və özləri də doğru yolda olan kəslərin ardınca gedin!
وَمَا لِيَ لَا أَعْبُدُ الَّذِي فَطَرَنِي وَإِلَيْهِ تُرْجَعُونَ
( 22 ) ![Azəri - Ya-seen - Aya 22 Ya-seen - Aya 22](style/islamic/icons/mp3.png)
(Antakiyalılar Həbib Həccardan: – Sən bu elçilərə tabe olmusanmı? – deyə soruşduqda o dedi:) “Axı mən niyə məni yaradana ibadət etməməliyəm?! Siz də (qiyamət günü) Onun hüzuruna qaytarılacaqsınız!
أَأَتَّخِذُ مِن دُونِهِ آلِهَةً إِن يُرِدْنِ الرَّحْمَٰنُ بِضُرٍّ لَّا تُغْنِ عَنِّي شَفَاعَتُهُمْ شَيْئًا وَلَا يُنقِذُونِ
( 23 ) ![Azəri - Ya-seen - Aya 23 Ya-seen - Aya 23](style/islamic/icons/mp3.png)
Mən heç Ondan qeyri tanrılarmı qəbul edərəm?! Əgər Rəhman mənə bir zərər yetirmək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz və onlar məni (Allahın əzabından) xilas edə bilməzlər.
إِنِّي إِذًا لَّفِي ضَلَالٍ مُّبِينٍ
( 24 ) ![Azəri - Ya-seen - Aya 24 Ya-seen - Aya 24](style/islamic/icons/mp3.png)
Belə olacağı təqdirdə mən (haqq yoldan) açıq-aşkar azmış olaram.
إِنِّي آمَنتُ بِرَبِّكُمْ فَاسْمَعُونِ
( 25 ) ![Azəri - Ya-seen - Aya 25 Ya-seen - Aya 25](style/islamic/icons/mp3.png)
(Ey Antakiya əhli, yaxud siz ey elçilər!) Həqiqətən, mən sizin Rəbbinizə iman gətirdim. Məni eşitdin! (İman gətirməyimə şahid olun!)”
قِيلَ ادْخُلِ الْجَنَّةَ ۖ قَالَ يَا لَيْتَ قَوْمِي يَعْلَمُونَ
( 26 ) ![Azəri - Ya-seen - Aya 26 Ya-seen - Aya 26](style/islamic/icons/mp3.png)
(Antakiyalılar bu sözü eşidən kimi Həbib Həccarı daşqalaq edib öldürdülər). Ona (şəhid olduğu üçün Allah dərgahından): “Cənnətə daxil ol! – deyildi. (Həbib Həccar Cənnətə daxil olub oradakı ne’mətləri, hörmət-izzəti gördükdən sonra) dedi: “Kaş qövmüm biləydi ki,
بِمَا غَفَرَ لِي رَبِّي وَجَعَلَنِي مِنَ الْمُكْرَمِينَ
( 27 ) ![Azəri - Ya-seen - Aya 27 Ya-seen - Aya 27](style/islamic/icons/mp3.png)
Rəbbim məni niyə bağışladı və nəyə görə hörmət sahiblərindən etdi!”
وَمَا أَنزَلْنَا عَلَىٰ قَوْمِهِ مِن بَعْدِهِ مِن جُندٍ مِّنَ السَّمَاءِ وَمَا كُنَّا مُنزِلِينَ
( 28 ) ![Azəri - Ya-seen - Aya 28 Ya-seen - Aya 28](style/islamic/icons/mp3.png)
Ondan (Həbib Həccardan) sonra tayfasının üstünə göydən heç bir qoşun göndərmədik və heç göndərən də deyildik.
إِن كَانَتْ إِلَّا صَيْحَةً وَاحِدَةً فَإِذَا هُمْ خَامِدُونَ
( 29 ) ![Azəri - Ya-seen - Aya 29 Ya-seen - Aya 29](style/islamic/icons/mp3.png)
(Onların cəzası) ancaq dəhşətli (tükürpədici) bir səs (Cəbrailin qışqırtısı) oldu. Dərhal məhv olub (şam kimi sönüb) getdilər.
يَا حَسْرَةً عَلَى الْعِبَادِ ۚ مَا يَأْتِيهِم مِّن رَّسُولٍ إِلَّا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ
( 30 ) ![Azəri - Ya-seen - Aya 30 Ya-seen - Aya 30](style/islamic/icons/mp3.png)
Vay bu bəndələrin halına! Onlara elə bir peyğəmbər gəlməz ki, ona istehza etməsinlər! (Buna görə də əzaba düçar olarlar).
أَلَمْ يَرَوْا كَمْ أَهْلَكْنَا قَبْلَهُم مِّنَ الْقُرُونِ أَنَّهُمْ إِلَيْهِمْ لَا يَرْجِعُونَ
( 31 ) ![Azəri - Ya-seen - Aya 31 Ya-seen - Aya 31](style/islamic/icons/mp3.png)
Məgər onlar (Məkkə müşrikləri) özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi və həmin nəsillərin bir daha onların yanına qayıtmadığını görmürlərmi?
وَإِن كُلٌّ لَّمَّا جَمِيعٌ لَّدَيْنَا مُحْضَرُونَ
( 32 ) ![Azəri - Ya-seen - Aya 32 Ya-seen - Aya 32](style/islamic/icons/mp3.png)
Hamı, (bəlli) hamı (qiyamət günü) Bizim hüzurumuza gətiriləcəkdir!
وَآيَةٌ لَّهُمُ الْأَرْضُ الْمَيْتَةُ أَحْيَيْنَاهَا وَأَخْرَجْنَا مِنْهَا حَبًّا فَمِنْهُ يَأْكُلُونَ
( 33 ) ![Azəri - Ya-seen - Aya 33 Ya-seen - Aya 33](style/islamic/icons/mp3.png)
Ölü torpaq onlar üçün (qiyamət günü ölüləri dirildəcəyimizə) bir dəlildir. Biz onu (yağışla) dirildir, oradan (arpa, buğda, düyü və s. kimi) dənələr çıxardırıq, onlar da ondan yeyirlər.
وَجَعَلْنَا فِيهَا جَنَّاتٍ مِّن نَّخِيلٍ وَأَعْنَابٍ وَفَجَّرْنَا فِيهَا مِنَ الْعُيُونِ
( 34 ) ![Azəri - Ya-seen - Aya 34 Ya-seen - Aya 34](style/islamic/icons/mp3.png)
Biz orada xurma və üzüm bağları əmələ gətirir, bulaqlar qaynadırıq ki,
لِيَأْكُلُوا مِن ثَمَرِهِ وَمَا عَمِلَتْهُ أَيْدِيهِمْ ۖ أَفَلَا يَشْكُرُونَ
( 35 ) ![Azəri - Ya-seen - Aya 35 Ya-seen - Aya 35](style/islamic/icons/mp3.png)
Onların meyvələrindən və öz əlləri ilə becərdiklərindən (yaxud becərmədiklərindən) yesinlər. Hələ də şükür etməzlər?
سُبْحَانَ الَّذِي خَلَقَ الْأَزْوَاجَ كُلَّهَا مِمَّا تُنبِتُ الْأَرْضُ وَمِنْ أَنفُسِهِمْ وَمِمَّا لَا يَعْلَمُونَ
( 36 ) ![Azəri - Ya-seen - Aya 36 Ya-seen - Aya 36](style/islamic/icons/mp3.png)
Yerin yetişdirdiklərindən, onların (insanların) özlərindən və bilmədiklərindən (erkək və dişi olmaqla) cütlər yaradan Allah pakdır, müqəddəsdir! (Eyibsiz və nöqsansızdır!)
وَآيَةٌ لَّهُمُ اللَّيْلُ نَسْلَخُ مِنْهُ النَّهَارَ فَإِذَا هُم مُّظْلِمُونَ
( 37 ) ![Azəri - Ya-seen - Aya 37 Ya-seen - Aya 37](style/islamic/icons/mp3.png)
Gecə də onlar üçün (qüdrətimizə) bir dəlildir. Biz gündüzü ondan sıyırıb çıxardan kimi onlar zülmət içində olarlar.
وَالشَّمْسُ تَجْرِي لِمُسْتَقَرٍّ لَّهَا ۚ ذَٰلِكَ تَقْدِيرُ الْعَزِيزِ الْعَلِيمِ
( 38 ) ![Azəri - Ya-seen - Aya 38 Ya-seen - Aya 38](style/islamic/icons/mp3.png)
Günəş də (qüdrət əlamətlərimizdən biri kimi) özü üçün müəyyən olunmuş yerdə seyr edən. Bu, yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən Allahın təqdiridir (əzəli hökmüdür).
وَالْقَمَرَ قَدَّرْنَاهُ مَنَازِلَ حَتَّىٰ عَادَ كَالْعُرْجُونِ الْقَدِيمِ
( 39 ) ![Azəri - Ya-seen - Aya 39 Ya-seen - Aya 39](style/islamic/icons/mp3.png)
Biz ay üçün mənzillər müəyyən etdik. Nəhayət, o (həmin mənzilləri başa vurduqdan sonra) dönüb xurma ağacının qurumuş əyri budağı kimi (hilal şəklində) olar.
لَا الشَّمْسُ يَنبَغِي لَهَا أَن تُدْرِكَ الْقَمَرَ وَلَا اللَّيْلُ سَابِقُ النَّهَارِ ۚ وَكُلٌّ فِي فَلَكٍ يَسْبَحُونَ
( 40 ) ![Azəri - Ya-seen - Aya 40 Ya-seen - Aya 40](style/islamic/icons/mp3.png)
Nə günəş aya çatar (yetişər), nə də gecə gündüzü ötə bilər. (Günəş, ay və ulduzların) hər biri (özünə məxsus) bir göydə (öz hədəqəsində, öz dairəsində) üzər.
وَآيَةٌ لَّهُمْ أَنَّا حَمَلْنَا ذُرِّيَّتَهُمْ فِي الْفُلْكِ الْمَشْحُونِ
( 41 ) ![Azəri - Ya-seen - Aya 41 Ya-seen - Aya 41](style/islamic/icons/mp3.png)
Övladlarını (yaxud Nuhun tufanı vaxtı ulu babalarını müxtəlif yüklərlə) dolu gəmiyə mindirməyimiz (sonra dənizdə istədikləri yerə getmələri) də onlar üçün (qüdrətimizə) bir dəlildir.
وَخَلَقْنَا لَهُم مِّن مِّثْلِهِ مَا يَرْكَبُونَ
( 42 ) ![Azəri - Ya-seen - Aya 42 Ya-seen - Aya 42](style/islamic/icons/mp3.png)
Onlar üçün bunun kimi (başqa) minik vasitələri də yaratdıq.
وَإِن نَّشَأْ نُغْرِقْهُمْ فَلَا صَرِيخَ لَهُمْ وَلَا هُمْ يُنقَذُونَ
( 43 ) ![Azəri - Ya-seen - Aya 43 Ya-seen - Aya 43](style/islamic/icons/mp3.png)
Əgər istəsək, onları suya qərq edərik. Nə bir dadlarına çatan olar, nə də nicat taparlar.
إِلَّا رَحْمَةً مِّنَّا وَمَتَاعًا إِلَىٰ حِينٍ
( 44 ) ![Azəri - Ya-seen - Aya 44 Ya-seen - Aya 44](style/islamic/icons/mp3.png)
Yalnız Bizdən bir mərhəmət olaraq və bir qədər (əcəlləri çatanadək) dolanıb keçinmələri üçün (onları xilas edərik).
وَإِذَا قِيلَ لَهُمُ اتَّقُوا مَا بَيْنَ أَيْدِيكُمْ وَمَا خَلْفَكُمْ لَعَلَّكُمْ تُرْحَمُونَ
( 45 ) ![Azəri - Ya-seen - Aya 45 Ya-seen - Aya 45](style/islamic/icons/mp3.png)
Onlara (müşriklərə): “Önünüzdə və arxanızda olandan (dünya və axirət əzabından) qorxun ki, bəlkə, rəhm olunasınız!” – deyildikdə (dönüb gedər, öyüd-nəsihətə qulaq asmazlar).
وَمَا تَأْتِيهِم مِّنْ آيَةٍ مِّنْ آيَاتِ رَبِّهِمْ إِلَّا كَانُوا عَنْهَا مُعْرِضِينَ
( 46 ) ![Azəri - Ya-seen - Aya 46 Ya-seen - Aya 46](style/islamic/icons/mp3.png)
Onlara Rəbbinin ayələrindən elə birisi gəlməz ki, ondan üz çevirməsinlər!
وَإِذَا قِيلَ لَهُمْ أَنفِقُوا مِمَّا رَزَقَكُمُ اللَّهُ قَالَ الَّذِينَ كَفَرُوا لِلَّذِينَ آمَنُوا أَنُطْعِمُ مَن لَّوْ يَشَاءُ اللَّهُ أَطْعَمَهُ إِنْ أَنتُمْ إِلَّا فِي ضَلَالٍ مُّبِينٍ
( 47 ) ![Azəri - Ya-seen - Aya 47 Ya-seen - Aya 47](style/islamic/icons/mp3.png)
Onlara: “Allahın sizə verdiyi ruzidən (ehtiyacı olanlara) sərf edin!” – deyildiyi zaman, kafirlər mö’minlərə: “Allahın istədiyi təqdirdə özü yedirə biləcəyi kimsəni bizmi yedirdəcəyik?!” – deyərlər. Siz (bu e’tiqadınızla) sadəcə olaraq (haqq yoldan) açıq-aşkar azmısınız.
وَيَقُولُونَ مَتَىٰ هَٰذَا الْوَعْدُ إِن كُنتُمْ صَادِقِينَ
( 48 ) ![Azəri - Ya-seen - Aya 48 Ya-seen - Aya 48](style/islamic/icons/mp3.png)
Onlar: “Əgər doğru söyləyirsinizsə, (bir xəbər verin görək) bu və’d (qiyamət günü) nə vaxt yerinə yetəcək?” – deyərlər.
مَا يَنظُرُونَ إِلَّا صَيْحَةً وَاحِدَةً تَأْخُذُهُمْ وَهُمْ يَخِصِّمُونَ
( 49 ) ![Azəri - Ya-seen - Aya 49 Ya-seen - Aya 49](style/islamic/icons/mp3.png)
Onlar (küçədə, bazarda) bir-biri ilə çənə-boğaz olarkən özlərini saracaq yalnız bir dəhşətli (tükürpədici) səsə (İsrafilin surunun birinci dəfə çalınmasına) bənddirlər.
فَلَا يَسْتَطِيعُونَ تَوْصِيَةً وَلَا إِلَىٰ أَهْلِهِمْ يَرْجِعُونَ
( 50 ) ![Azəri - Ya-seen - Aya 50 Ya-seen - Aya 50](style/islamic/icons/mp3.png)
Artıq nə bir vəsiyyət etməyə iqtidarları olar, nə də ailələrinin yanına qayıda bilərlər!
وَنُفِخَ فِي الصُّورِ فَإِذَا هُم مِّنَ الْأَجْدَاثِ إِلَىٰ رَبِّهِمْ يَنسِلُونَ
( 51 ) ![Azəri - Ya-seen - Aya 51 Ya-seen - Aya 51](style/islamic/icons/mp3.png)
Sur (ikinci dəfə) çalınan kimi (qiyamət günü) qəbirlərindən qalxıb sür’ətlə Rəbbinin hüzuruna axışacaqlar.
قَالُوا يَا وَيْلَنَا مَن بَعَثَنَا مِن مَّرْقَدِنَا ۜ ۗ هَٰذَا مَا وَعَدَ الرَّحْمَٰنُ وَصَدَقَ الْمُرْسَلُونَ
( 52 ) ![Azəri - Ya-seen - Aya 52 Ya-seen - Aya 52](style/islamic/icons/mp3.png)
Onlar deyəcəklər: “Vay halımıza! Bizi yatdığımız yerdən (qəbir evindən) kim qaldırdı? (Onlara belə deyiləcək:) “Bu, Rəhmanın məxluqata buyurduğu və’ddir (qiyamət günüdür). Peyğəmbərlər doğru deyirlərmiş!”
إِن كَانَتْ إِلَّا صَيْحَةً وَاحِدَةً فَإِذَا هُمْ جَمِيعٌ لَّدَيْنَا مُحْضَرُونَ
( 53 ) ![Azəri - Ya-seen - Aya 53 Ya-seen - Aya 53](style/islamic/icons/mp3.png)
Yalnız bir dəhşətli səs qopan (İsrafilin axırıncı dəfə surunu çalan) kimi onlar hamısı (haqq-hesab üçün) qarşımızda hazır duracaqlar.
فَالْيَوْمَ لَا تُظْلَمُ نَفْسٌ شَيْئًا وَلَا تُجْزَوْنَ إِلَّا مَا كُنتُمْ تَعْمَلُونَ
( 54 ) ![Azəri - Ya-seen - Aya 54 Ya-seen - Aya 54](style/islamic/icons/mp3.png)
Bu gün heç kəsə heç bir haqsızlıq edilməyəkdir. Siz ancaq etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz!
إِنَّ أَصْحَابَ الْجَنَّةِ الْيَوْمَ فِي شُغُلٍ فَاكِهُونَ
( 55 ) ![Azəri - Ya-seen - Aya 55 Ya-seen - Aya 55](style/islamic/icons/mp3.png)
Cənnət əhli bu gün keflə (əyləncə ilə) məşğuldur.
هُمْ وَأَزْوَاجُهُمْ فِي ظِلَالٍ عَلَى الْأَرَائِكِ مُتَّكِئُونَ
( 56 ) ![Azəri - Ya-seen - Aya 56 Ya-seen - Aya 56](style/islamic/icons/mp3.png)
Onlar (mö’min kişilər) və zövcələri kölgəliklərdə (yumşaq) taxtlara söykənmişlər.
لَهُمْ فِيهَا فَاكِهَةٌ وَلَهُم مَّا يَدَّعُونَ
( 57 ) ![Azəri - Ya-seen - Aya 57 Ya-seen - Aya 57](style/islamic/icons/mp3.png)
Orada onlar üçün (hər cür) meyvə və istədikləri hər şey vardır.
سَلَامٌ قَوْلًا مِّن رَّبٍّ رَّحِيمٍ
( 58 ) ![Azəri - Ya-seen - Aya 58 Ya-seen - Aya 58](style/islamic/icons/mp3.png)
Rəhmli Rəbbdən (onlara) “salam” deyiləcəkdir.
وَامْتَازُوا الْيَوْمَ أَيُّهَا الْمُجْرِمُونَ
( 59 ) ![Azəri - Ya-seen - Aya 59 Ya-seen - Aya 59](style/islamic/icons/mp3.png)
(Kafirlər Cəhənnəmə varid edilərək onlara belə deyiləcək:) “Ey günahkarlar! Bu gün (mö’minlərdən) ayrılın!”
أَلَمْ أَعْهَدْ إِلَيْكُمْ يَا بَنِي آدَمَ أَن لَّا تَعْبُدُوا الشَّيْطَانَ ۖ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُّبِينٌ
( 60 ) ![Azəri - Ya-seen - Aya 60 Ya-seen - Aya 60](style/islamic/icons/mp3.png)
Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı ki, Şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir,
وَأَنِ اعْبُدُونِي ۚ هَٰذَا صِرَاطٌ مُّسْتَقِيمٌ
( 61 ) ![Azəri - Ya-seen - Aya 61 Ya-seen - Aya 61](style/islamic/icons/mp3.png)
Və (sizə buyurmadımmı ki) Mənə ibadət edin, doğru yol budur?!
وَلَقَدْ أَضَلَّ مِنكُمْ جِبِلًّا كَثِيرًا ۖ أَفَلَمْ تَكُونُوا تَعْقِلُونَ
( 62 ) ![Azəri - Ya-seen - Aya 62 Ya-seen - Aya 62](style/islamic/icons/mp3.png)
Həqiqətən, (Şeytan) içərinizdən çoxlarını yoldan çıxartdı. Məgər ağlınız kəsmirdi?
هَٰذِهِ جَهَنَّمُ الَّتِي كُنتُمْ تُوعَدُونَ
( 63 ) ![Azəri - Ya-seen - Aya 63 Ya-seen - Aya 63](style/islamic/icons/mp3.png)
Bu sizə və’d olunan Cəhənnəmdir!
اصْلَوْهَا الْيَوْمَ بِمَا كُنتُمْ تَكْفُرُونَ
( 64 ) ![Azəri - Ya-seen - Aya 64 Ya-seen - Aya 64](style/islamic/icons/mp3.png)
Kafir olduğunuza görə bu gün girin ora, yanın!
الْيَوْمَ نَخْتِمُ عَلَىٰ أَفْوَاهِهِمْ وَتُكَلِّمُنَا أَيْدِيهِمْ وَتَشْهَدُ أَرْجُلُهُم بِمَا كَانُوا يَكْسِبُونَ
( 65 ) ![Azəri - Ya-seen - Aya 65 Ya-seen - Aya 65](style/islamic/icons/mp3.png)
Bu gün (Allaha and olsun ki, biz müşrik, kafir deyildik – dediklərinə görə) onların ağızlarını möhürləyirik. Etdikləri əməllər (qazandıqları günahlar) barəsində onların əlləri Bizimlə danışar, ayaqları isə şəhadət verər.
وَلَوْ نَشَاءُ لَطَمَسْنَا عَلَىٰ أَعْيُنِهِمْ فَاسْتَبَقُوا الصِّرَاطَ فَأَنَّىٰ يُبْصِرُونَ
( 66 ) ![Azəri - Ya-seen - Aya 66 Ya-seen - Aya 66](style/islamic/icons/mp3.png)
Əgər istəsəydik, (dünyada) gözlərini büsbütün kor edərdik (onları zahiri gözdən də məhrum edərdik) və onda onlar (adət etdikləri) yolda bir-birini ötməyə çalışardılar (və ya doğru yolu tapmaq üçün bir-biri ilə ötüşərdilər, ora-bura vurnuxardılar). Amma (belə bir vəziyyətdə yolu) necə görə bilərdilər? (Lakin Biz onları dünyada belə bir korluğa mübtəla etmədik. Onlar Allahın qüdrət əlamətlərini görür, bununla belə öz pis yollarını tutub gedirdilər. Beləliklə, onlar iman gətirmədilər ki, gətirmədilər).
وَلَوْ نَشَاءُ لَمَسَخْنَاهُمْ عَلَىٰ مَكَانَتِهِمْ فَمَا اسْتَطَاعُوا مُضِيًّا وَلَا يَرْجِعُونَ
( 67 ) ![Azəri - Ya-seen - Aya 67 Ya-seen - Aya 67](style/islamic/icons/mp3.png)
Əgər istəsəydik, onları lap yerlərindəcə elə bir kökə (elə bir şəklə) salardıq ki, nə irəli, nə də geri gedə bilərdilər. (Kafirləri topal edər, meymuna, donuza, daşa döndərərdik. Və ya onları evlərinin içində həlak edərdik, heç tərpənə də bilməzdilər).
وَمَن نُّعَمِّرْهُ نُنَكِّسْهُ فِي الْخَلْقِ ۖ أَفَلَا يَعْقِلُونَ
( 68 ) ![Azəri - Ya-seen - Aya 68 Ya-seen - Aya 68](style/islamic/icons/mp3.png)
Hər kəsə uzun ömür versək, onu xilqətcə dəyişib tərsinə çevirərik, başqa şəklə salarıq (qüvvəsini alar, gözünün nurunu aparar, hafizəsini zəiflədib bildiklərini unutdurar, özünü də uşaq kimi edərik). Məgər (kafirlər bütün bunları gördükdən sonra Allahın hər şeyə qadir olduğunu) dərk etməzlərmi?
وَمَا عَلَّمْنَاهُ الشِّعْرَ وَمَا يَنبَغِي لَهُ ۚ إِنْ هُوَ إِلَّا ذِكْرٌ وَقُرْآنٌ مُّبِينٌ
( 69 ) ![Azəri - Ya-seen - Aya 69 Ya-seen - Aya 69](style/islamic/icons/mp3.png)
Biz ona (Muhəmməd əleyhissəlama) şe’r öyrətmədik və bu ona heç yaraşmaz da (lazım da deyildir). Ona vəhy olunan ancaq öyüd-nəsihət və (haqla batili ayırd edən) açıq-aşkar Qur’andır ki,
لِّيُنذِرَ مَن كَانَ حَيًّا وَيَحِقَّ الْقَوْلُ عَلَى الْكَافِرِينَ
( 70 ) ![Azəri - Ya-seen - Aya 70 Ya-seen - Aya 70](style/islamic/icons/mp3.png)
Onunla diri olanları (ağıl və bəsirət sahiblərini) qorxutsun və o deyilən söz (əzəldən buyurduğumuz əzab hökmü) kafirlər barəsində gerçək olsun.
أَوَلَمْ يَرَوْا أَنَّا خَلَقْنَا لَهُم مِّمَّا عَمِلَتْ أَيْدِينَا أَنْعَامًا فَهُمْ لَهَا مَالِكُونَ
( 71 ) ![Azəri - Ya-seen - Aya 71 Ya-seen - Aya 71](style/islamic/icons/mp3.png)
Məgər (Məkkə müşrikləri) Bizim Öz əllərimizlə (Öz qüdrətimizlə) onlar üçün davarlar yaratdığımızı və özlərinin də onlara sahib olduqlarını görmürlərmi?!
وَذَلَّلْنَاهَا لَهُمْ فَمِنْهَا رَكُوبُهُمْ وَمِنْهَا يَأْكُلُونَ
( 72 ) ![Azəri - Ya-seen - Aya 72 Ya-seen - Aya 72](style/islamic/icons/mp3.png)
Bunları (bu davarları) onların ixtiyarına verdik. Onlardan mindikləri də var, ətini yedikləri də.
وَلَهُمْ فِيهَا مَنَافِعُ وَمَشَارِبُ ۖ أَفَلَا يَشْكُرُونَ
( 73 ) ![Azəri - Ya-seen - Aya 73 Ya-seen - Aya 73](style/islamic/icons/mp3.png)
Onların (o heyvanlarda başqa-başqa) mənfəətləri və içəcəkləri (südləri) də var. Hələ də şükür etməzlərmi?
وَاتَّخَذُوا مِن دُونِ اللَّهِ آلِهَةً لَّعَلَّهُمْ يُنصَرُونَ
( 74 ) ![Azəri - Ya-seen - Aya 74 Ya-seen - Aya 74](style/islamic/icons/mp3.png)
(Müşriklər) bəlkə, özlərinə bir yardım oluna deyə, Allahdan başqa tanrılar (bütlər) qəbul etdilər.
لَا يَسْتَطِيعُونَ نَصْرَهُمْ وَهُمْ لَهُمْ جُندٌ مُّحْضَرُونَ
( 75 ) ![Azəri - Ya-seen - Aya 75 Ya-seen - Aya 75](style/islamic/icons/mp3.png)
(O bütlər) onlara heç bir kömək edə bilməzlər. Onlar özləri isə bütlər üçün (onları başqalarından qoruyan) hazır əsgərlərdir.
فَلَا يَحْزُنكَ قَوْلُهُمْ ۘ إِنَّا نَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ
( 76 ) ![Azəri - Ya-seen - Aya 76 Ya-seen - Aya 76](style/islamic/icons/mp3.png)
(Ya Rəsulum!) Onların (sən peyğəmbər deyilsən, şairsən) sözü səni kədərləndirməsin. Biz onların gizlində də, aşkarda da nə etdiklərini bilirik.
أَوَلَمْ يَرَ الْإِنسَانُ أَنَّا خَلَقْنَاهُ مِن نُّطْفَةٍ فَإِذَا هُوَ خَصِيمٌ مُّبِينٌ
( 77 ) ![Azəri - Ya-seen - Aya 77 Ya-seen - Aya 77](style/islamic/icons/mp3.png)
Məgər insan (As ibn Vail, yaxud Übeyy ibn Xələf) onu nütfədən yaratdığımızı görmədimi ki, birdən-birə (Rəbbinə) açıq bir düşmən kəsilərək,
وَضَرَبَ لَنَا مَثَلًا وَنَسِيَ خَلْقَهُ ۖ قَالَ مَن يُحْيِي الْعِظَامَ وَهِيَ رَمِيمٌ
( 78 ) ![Azəri - Ya-seen - Aya 78 Ya-seen - Aya 78](style/islamic/icons/mp3.png)
Öz yaradılışını unudub: “Çürümüş sümükləri kim dirildə bilər?!” – deyə, hələ Bizə bir məsəl də çəkdi.
قُلْ يُحْيِيهَا الَّذِي أَنشَأَهَا أَوَّلَ مَرَّةٍ ۖ وَهُوَ بِكُلِّ خَلْقٍ عَلِيمٌ
( 79 ) ![Azəri - Ya-seen - Aya 79 Ya-seen - Aya 79](style/islamic/icons/mp3.png)
(Ya Peyğəmbər!) De: “Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu (yaradılışından əvvəl də, sonra da) çox gözəl tanıyandır!
الَّذِي جَعَلَ لَكُم مِّنَ الشَّجَرِ الْأَخْضَرِ نَارًا فَإِذَا أَنتُم مِّنْهُ تُوقِدُونَ
( 80 ) ![Azəri - Ya-seen - Aya 80 Ya-seen - Aya 80](style/islamic/icons/mp3.png)
O yaradan ki, sizin üçün yaşıl ağacdan (Ərəbistanda bitən mərx və ifar ağaclarından) od əmələ gətirdi. Budur, siz indi ondan (o iki ağacı bir-birinə sürtməklə) od yandırırsınız”.
أَوَلَيْسَ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ بِقَادِرٍ عَلَىٰ أَن يَخْلُقَ مِثْلَهُم ۚ بَلَىٰ وَهُوَ الْخَلَّاقُ الْعَلِيمُ
( 81 ) ![Azəri - Ya-seen - Aya 81 Ya-seen - Aya 81](style/islamic/icons/mp3.png)
Məgər göyləri və yeri yaradan (bir daha) onlar kimisini yaratmağa qadir deyilmi?! Əlbəttə (qadirdir). (Hər şeyi) yaradan, (hər şeyi) bilən Odur!
إِنَّمَا أَمْرُهُ إِذَا أَرَادَ شَيْئًا أَن يَقُولَ لَهُ كُن فَيَكُونُ
( 82 ) ![Azəri - Ya-seen - Aya 82 Ya-seen - Aya 82](style/islamic/icons/mp3.png)
Bir şeyi (yaratmaq) istədiyi zaman (Allahın) buyurduğu ona ancaq: “Ol!” deməkdir. O da dərhal olar.
فَسُبْحَانَ الَّذِي بِيَدِهِ مَلَكُوتُ كُلِّ شَيْءٍ وَإِلَيْهِ تُرْجَعُونَ
( 83 ) ![Azəri - Ya-seen - Aya 83 Ya-seen - Aya 83](style/islamic/icons/mp3.png)
Hər şeyin hökmü (ixtiyarı) əlində olan (Allah) pakdır, müqəddəsdir. Siz də (qiyamət günü dirilib) Onun hüzuruna qaytarılacaqsınız!