Azəri
Surah Al-Qalam ( The Pen ) - Aya count 52
ن ۚ وَالْقَلَمِ وَمَا يَسْطُرُونَ
( 1 ) ![Azəri - Al-Qalam ( The Pen ) - Aya 1 Al-Qalam ( The Pen ) - Aya 1](style/islamic/icons/mp3.png)
Nun! And olsun qələmə və (mələklərin) yazdıqlarına (yaxud lövhi-məhfuzda yazılanlara) ki,
مَا أَنتَ بِنِعْمَةِ رَبِّكَ بِمَجْنُونٍ
( 2 ) ![Azəri - Al-Qalam ( The Pen ) - Aya 2 Al-Qalam ( The Pen ) - Aya 2](style/islamic/icons/mp3.png)
Sən (ya Rəsulum!) Rəbbinin ne’məti sayəsində divanə deyisən!
وَإِنَّ لَكَ لَأَجْرًا غَيْرَ مَمْنُونٍ
( 3 ) ![Azəri - Al-Qalam ( The Pen ) - Aya 3 Al-Qalam ( The Pen ) - Aya 3](style/islamic/icons/mp3.png)
Və həqiqətən, səni minnətsiz (tükənmək bilməyən) mükafat gözləyir!
وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٍ
( 4 ) ![Azəri - Al-Qalam ( The Pen ) - Aya 4 Al-Qalam ( The Pen ) - Aya 4](style/islamic/icons/mp3.png)
Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!
فَسَتُبْصِرُ وَيُبْصِرُونَ
( 5 ) ![Azəri - Al-Qalam ( The Pen ) - Aya 5 Al-Qalam ( The Pen ) - Aya 5](style/islamic/icons/mp3.png)
(Tezliklə) sən də görəcəksən, onlar da görəcəklər,
بِأَييِّكُمُ الْمَفْتُونُ
( 6 ) ![Azəri - Al-Qalam ( The Pen ) - Aya 6 Al-Qalam ( The Pen ) - Aya 6](style/islamic/icons/mp3.png)
Hansınızın divanə olduğunu!
إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِ وَهُوَ أَعْلَمُ بِالْمُهْتَدِينَ
( 7 ) ![Azəri - Al-Qalam ( The Pen ) - Aya 7 Al-Qalam ( The Pen ) - Aya 7](style/islamic/icons/mp3.png)
Həqiqətən, sənin Rəbbin öz yolundan çıxanları da, doğru yoldan olanları da ən gözəl tanıyandır!
فَلَا تُطِعِ الْمُكَذِّبِينَ
( 8 ) ![Azəri - Al-Qalam ( The Pen ) - Aya 8 Al-Qalam ( The Pen ) - Aya 8](style/islamic/icons/mp3.png)
Elə isə (ya Peyğəmbər! Allahın ayələrini) yalan sayanlara itaət etmə!
وَدُّوا لَوْ تُدْهِنُ فَيُدْهِنُونَ
( 9 ) ![Azəri - Al-Qalam ( The Pen ) - Aya 9 Al-Qalam ( The Pen ) - Aya 9](style/islamic/icons/mp3.png)
(Müşriklər) istərdilər ki, sən onlara yumşaqlıq göstərəsən, onlar da sənə yumşaqlıq göstərsinlər! (Sən onların bütləri barəsində pis söz deməyəsən, onlar da sənə əziyyət verməsinlər və ya sən onların bütlərinə tapınasan, onlar da sənin Allahına ibadət etsinlər!)
وَلَا تُطِعْ كُلَّ حَلَّافٍ مَّهِينٍ
( 10 ) ![Azəri - Al-Qalam ( The Pen ) - Aya 10 Al-Qalam ( The Pen ) - Aya 10](style/islamic/icons/mp3.png)
(Ya Peyğəmbər!) İtaət etmə (yalan yerə) hər and içənə, alçağa;
هَمَّازٍ مَّشَّاءٍ بِنَمِيمٍ
( 11 ) ![Azəri - Al-Qalam ( The Pen ) - Aya 11 Al-Qalam ( The Pen ) - Aya 11](style/islamic/icons/mp3.png)
Qeybət edənə, söz gəzdirənə;
مَّنَّاعٍ لِّلْخَيْرِ مُعْتَدٍ أَثِيمٍ
( 12 ) ![Azəri - Al-Qalam ( The Pen ) - Aya 12 Al-Qalam ( The Pen ) - Aya 12](style/islamic/icons/mp3.png)
Xeyrə mane olana, (zülm etməkdə) həddi aşana, günaha batana;
عُتُلٍّ بَعْدَ ذَٰلِكَ زَنِيمٍ
( 13 ) ![Azəri - Al-Qalam ( The Pen ) - Aya 13 Al-Qalam ( The Pen ) - Aya 13](style/islamic/icons/mp3.png)
Daş ürəkliyə, (anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya -
أَن كَانَ ذَا مَالٍ وَبَنِينَ
( 14 ) ![Azəri - Al-Qalam ( The Pen ) - Aya 14 Al-Qalam ( The Pen ) - Aya 14](style/islamic/icons/mp3.png)
O, mal-dövlət, oğul-uşaq sahibi olsa belə!
إِذَا تُتْلَىٰ عَلَيْهِ آيَاتُنَا قَالَ أَسَاطِيرُ الْأَوَّلِينَ
( 15 ) ![Azəri - Al-Qalam ( The Pen ) - Aya 15 Al-Qalam ( The Pen ) - Aya 15](style/islamic/icons/mp3.png)
Ayələrimiz ona oxunduğu zaman o: “(Bunlar) qədimlərin əfsanələridir!” – dedi.
سَنَسِمُهُ عَلَى الْخُرْطُومِ
( 16 ) ![Azəri - Al-Qalam ( The Pen ) - Aya 16 Al-Qalam ( The Pen ) - Aya 16](style/islamic/icons/mp3.png)
Biz (tezliklə) onun burnuna damğa basacağıq!
إِنَّا بَلَوْنَاهُمْ كَمَا بَلَوْنَا أَصْحَابَ الْجَنَّةِ إِذْ أَقْسَمُوا لَيَصْرِمُنَّهَا مُصْبِحِينَ
( 17 ) ![Azəri - Al-Qalam ( The Pen ) - Aya 17 Al-Qalam ( The Pen ) - Aya 17](style/islamic/icons/mp3.png)
Biz vaxtilə o bağ sahiblərini imtahana çəkdiyim kimi, bunları da (Məkkə mürşiklərini də) imtahana çəkdik. O vaxt (o bağ sahibləri) səhər açılanda (onun meyvələrini) mütləq dərəcəklərinə and içmişdilər.
وَلَا يَسْتَثْنُونَ
( 18 ) ![Azəri - Al-Qalam ( The Pen ) - Aya 18 Al-Qalam ( The Pen ) - Aya 18](style/islamic/icons/mp3.png)
Və heç bir istisna yeri də qoymamışdılar (inşallah deməmişdilər).
فَطَافَ عَلَيْهَا طَائِفٌ مِّن رَّبِّكَ وَهُمْ نَائِمُونَ
( 19 ) ![Azəri - Al-Qalam ( The Pen ) - Aya 19 Al-Qalam ( The Pen ) - Aya 19](style/islamic/icons/mp3.png)
Onlar yuxuda ikən (ya Peyğəmbər!) sənin Rəbbindən o bağa bir bəla gəldi.
فَأَصْبَحَتْ كَالصَّرِيمِ
( 20 ) ![Azəri - Al-Qalam ( The Pen ) - Aya 20 Al-Qalam ( The Pen ) - Aya 20](style/islamic/icons/mp3.png)
Və o (yanıb) qapqara qaraldı (külə döndü).
فَتَنَادَوْا مُصْبِحِينَ
( 21 ) ![Azəri - Al-Qalam ( The Pen ) - Aya 21 Al-Qalam ( The Pen ) - Aya 21](style/islamic/icons/mp3.png)
Onlar səhər qalxıb bir-birini belə səslədilər:
أَنِ اغْدُوا عَلَىٰ حَرْثِكُمْ إِن كُنتُمْ صَارِمِينَ
( 22 ) ![Azəri - Al-Qalam ( The Pen ) - Aya 22 Al-Qalam ( The Pen ) - Aya 22](style/islamic/icons/mp3.png)
Əgər (məhsul) yığacaqsınızsa, bağınıza tez gedin!”
فَانطَلَقُوا وَهُمْ يَتَخَافَتُونَ
( 23 ) ![Azəri - Al-Qalam ( The Pen ) - Aya 23 Al-Qalam ( The Pen ) - Aya 23](style/islamic/icons/mp3.png)
Nəhayət, yola düşdülər, (yol boyu) bir-birinə xəlvətcə belə deyirdilər:
أَن لَّا يَدْخُلَنَّهَا الْيَوْمَ عَلَيْكُم مِّسْكِينٌ
( 24 ) ![Azəri - Al-Qalam ( The Pen ) - Aya 24 Al-Qalam ( The Pen ) - Aya 24](style/islamic/icons/mp3.png)
“(Elə edin ki) bu gün orada yanınıza heç bir yoxsul soxulmasın!”
وَغَدَوْا عَلَىٰ حَرْدٍ قَادِرِينَ
( 25 ) ![Azəri - Al-Qalam ( The Pen ) - Aya 25 Al-Qalam ( The Pen ) - Aya 25](style/islamic/icons/mp3.png)
Onlar (yoxsulları) bağa buraxmağa qadir olacaqlarını güman edərək erkən getdilər. [Və ya: Onlar gücləri yetdiyi halda (yoxsulları) yardımdan məhrum etməkdən ötrü sübh tezdən yola düzəldilər]
فَلَمَّا رَأَوْهَا قَالُوا إِنَّا لَضَالُّونَ
( 26 ) ![Azəri - Al-Qalam ( The Pen ) - Aya 26 Al-Qalam ( The Pen ) - Aya 26](style/islamic/icons/mp3.png)
(Bağı) bu vəziyyətdə (yanıb külə dönmüş) gördükdə dedilər: “Yəqin ki, (yolumuzu) azmışıq!
بَلْ نَحْنُ مَحْرُومُونَ
( 27 ) ![Azəri - Al-Qalam ( The Pen ) - Aya 27 Al-Qalam ( The Pen ) - Aya 27](style/islamic/icons/mp3.png)
Xeyr, biz (bağımızın bərəkətindən) məhrum olmuşuq!”
قَالَ أَوْسَطُهُمْ أَلَمْ أَقُل لَّكُمْ لَوْلَا تُسَبِّحُونَ
( 28 ) ![Azəri - Al-Qalam ( The Pen ) - Aya 28 Al-Qalam ( The Pen ) - Aya 28](style/islamic/icons/mp3.png)
Onların ən ağıllısı (və insaflısı) dedi: “Məgər mən sizə (Allahı) həmd-səna ilə təqdis etməli olduğunuzu demədimmi?!”
قَالُوا سُبْحَانَ رَبِّنَا إِنَّا كُنَّا ظَالِمِينَ
( 29 ) ![Azəri - Al-Qalam ( The Pen ) - Aya 29 Al-Qalam ( The Pen ) - Aya 29](style/islamic/icons/mp3.png)
Onlar: “Rəbbimiz pakdır, müqəddəsdir! Həqiqətən, biz zalım idik!” – dedilər.
فَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ يَتَلَاوَمُونَ
( 30 ) ![Azəri - Al-Qalam ( The Pen ) - Aya 30 Al-Qalam ( The Pen ) - Aya 30](style/islamic/icons/mp3.png)
Onlar bir-birini danlamağa başladılar.
قَالُوا يَا وَيْلَنَا إِنَّا كُنَّا طَاغِينَ
( 31 ) ![Azəri - Al-Qalam ( The Pen ) - Aya 31 Al-Qalam ( The Pen ) - Aya 31](style/islamic/icons/mp3.png)
Və dedilər: “Vay halımıza! Biz azğınlıq (tüğyan) edirdik.
عَسَىٰ رَبُّنَا أَن يُبْدِلَنَا خَيْرًا مِّنْهَا إِنَّا إِلَىٰ رَبِّنَا رَاغِبُونَ
( 32 ) ![Azəri - Al-Qalam ( The Pen ) - Aya 32 Al-Qalam ( The Pen ) - Aya 32](style/islamic/icons/mp3.png)
Ola bilsin ki, Rəbbimiz (tövbəmizi qəbul buyurub) onun əvəzinə bizə daha yaxşısını versin. Biz Rəbbimizdən (bizi bağışlamasını, bizə mərhəmət əta etməsini) diləyirik!”
كَذَٰلِكَ الْعَذَابُ ۖ وَلَعَذَابُ الْآخِرَةِ أَكْبَرُ ۚ لَوْ كَانُوا يَعْلَمُونَ
( 33 ) ![Azəri - Al-Qalam ( The Pen ) - Aya 33 Al-Qalam ( The Pen ) - Aya 33](style/islamic/icons/mp3.png)
(Dünyadakı) əzab belədir. Şübhəsiz ki, axirət əzabı daha şiddətlidir. Kaş biləydilər!
إِنَّ لِلْمُتَّقِينَ عِندَ رَبِّهِمْ جَنَّاتِ النَّعِيمِ
( 34 ) ![Azəri - Al-Qalam ( The Pen ) - Aya 34 Al-Qalam ( The Pen ) - Aya 34](style/islamic/icons/mp3.png)
Həqiqətən, Allahdan qorxub pis əməllərdən çəkinənləri Rəbbi yanında Nəim cənnətləti gözləyir!
أَفَنَجْعَلُ الْمُسْلِمِينَ كَالْمُجْرِمِينَ
( 35 ) ![Azəri - Al-Qalam ( The Pen ) - Aya 35 Al-Qalam ( The Pen ) - Aya 35](style/islamic/icons/mp3.png)
Məgər Biz müsəlmanları kafirlərlə eynimi tutacağıq?!
مَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ
( 36 ) ![Azəri - Al-Qalam ( The Pen ) - Aya 36 Al-Qalam ( The Pen ) - Aya 36](style/islamic/icons/mp3.png)
(Ey kafirlər! Siz dünyada yoxsul mö’minlərdən var-dövlətcə üstün olduğunuz kimi, axirətdə də onlardan üstün olacağınızı, yaxud ən azı onlarla eyni olacağınızı iddia edirsiniz). Sizə nə olub, necə mühakimə yürüdürsünüz?
أَمْ لَكُمْ كِتَابٌ فِيهِ تَدْرُسُونَ
( 37 ) ![Azəri - Al-Qalam ( The Pen ) - Aya 37 Al-Qalam ( The Pen ) - Aya 37](style/islamic/icons/mp3.png)
Yoxsa (Allahdan nazil olmuş) bir kitabınız vardır ki, (bunları) orada oxuyursunuz?!
إِنَّ لَكُمْ فِيهِ لَمَا تَخَيَّرُونَ
( 38 ) ![Azəri - Al-Qalam ( The Pen ) - Aya 38 Al-Qalam ( The Pen ) - Aya 38](style/islamic/icons/mp3.png)
Yaxud orada bəyənib seçdiyiniz hər şeyin sizin olacağı yazılmışdır?!
أَمْ لَكُمْ أَيْمَانٌ عَلَيْنَا بَالِغَةٌ إِلَىٰ يَوْمِ الْقِيَامَةِ ۙ إِنَّ لَكُمْ لَمَا تَحْكُمُونَ
( 39 ) ![Azəri - Al-Qalam ( The Pen ) - Aya 39 Al-Qalam ( The Pen ) - Aya 39](style/islamic/icons/mp3.png)
Və ya hökm edib istədiklərinizin sizin olacağınıza dair Bizdən qiyamət gününədək davam edəcək əhd almısınız?!
سَلْهُمْ أَيُّهُم بِذَٰلِكَ زَعِيمٌ
( 40 ) ![Azəri - Al-Qalam ( The Pen ) - Aya 40 Al-Qalam ( The Pen ) - Aya 40](style/islamic/icons/mp3.png)
(Ya Peyğəmbər!) Onlardan soruş ki, hansı biri buna zamindir?
أَمْ لَهُمْ شُرَكَاءُ فَلْيَأْتُوا بِشُرَكَائِهِمْ إِن كَانُوا صَادِقِينَ
( 41 ) ![Azəri - Al-Qalam ( The Pen ) - Aya 41 Al-Qalam ( The Pen ) - Aya 41](style/islamic/icons/mp3.png)
Yoxsa onların (axirətdə müsəlmanlardan üstün və ya onlarla eyni olacaqları barədəki iddialarını təsdiq edən) şərikləri vardır?! Əgər doğru deyirlərsə, qoy şəriklərini gətirsinlər!
يَوْمَ يُكْشَفُ عَن سَاقٍ وَيُدْعَوْنَ إِلَى السُّجُودِ فَلَا يَسْتَطِيعُونَ
( 42 ) ![Azəri - Al-Qalam ( The Pen ) - Aya 42 Al-Qalam ( The Pen ) - Aya 42](style/islamic/icons/mp3.png)
İş çətinləşəcəyi (baldırlar açılacağı, lüt-üryan vəziyyətdə qiyamətə gedəcəkləri, qiyamət bütün dəhşəti ilə görünəcəyi, həqiqət aşkar olacağı) və səcdəyə (namaza) də’vət olunacaqları gün onlar (səcdə etməyə) qadir olmayacaqlar.
خَاشِعَةً أَبْصَارُهُمْ تَرْهَقُهُمْ ذِلَّةٌ ۖ وَقَدْ كَانُوا يُدْعَوْنَ إِلَى السُّجُودِ وَهُمْ سَالِمُونَ
( 43 ) ![Azəri - Al-Qalam ( The Pen ) - Aya 43 Al-Qalam ( The Pen ) - Aya 43](style/islamic/icons/mp3.png)
Gözləri zəlilcəsinə yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Halbuki onlar (dünyada) sağlam olduqları ikən səcdəyə də’vət olunurdular.
فَذَرْنِي وَمَن يُكَذِّبُ بِهَٰذَا الْحَدِيثِ ۖ سَنَسْتَدْرِجُهُم مِّنْ حَيْثُ لَا يَعْلَمُونَ
( 44 ) ![Azəri - Al-Qalam ( The Pen ) - Aya 44 Al-Qalam ( The Pen ) - Aya 44](style/islamic/icons/mp3.png)
(Ya Peyğəmbər!) Artıq bu kəlamı (Qur’anı) yalan sayanları Mənə tapşır. Biz onları özləri də bilmədən tədriclə əzaba giriftar edərik.
وَأُمْلِي لَهُمْ ۚ إِنَّ كَيْدِي مَتِينٌ
( 45 ) ![Azəri - Al-Qalam ( The Pen ) - Aya 45 Al-Qalam ( The Pen ) - Aya 45](style/islamic/icons/mp3.png)
Onlara (daha çox günaha batmaq üçün bir müddət) möhlət verərəm. Həqiqətən Mənim əzabım dözülməz dərəcədə şiddətlidir.
أَمْ تَسْأَلُهُمْ أَجْرًا فَهُم مِّن مَّغْرَمٍ مُّثْقَلُونَ
( 46 ) ![Azəri - Al-Qalam ( The Pen ) - Aya 46 Al-Qalam ( The Pen ) - Aya 46](style/islamic/icons/mp3.png)
Yoxsa sən (risaləti təbliğ etmək müqabilində) onlardan ücrət (muzd) istəyirsən və onlar ağır borc yükü altında qalıblar?!
أَمْ عِندَهُمُ الْغَيْبُ فَهُمْ يَكْتُبُونَ
( 47 ) ![Azəri - Al-Qalam ( The Pen ) - Aya 47 Al-Qalam ( The Pen ) - Aya 47](style/islamic/icons/mp3.png)
Yoxsa qeyb (lövhi-məhfuz) yanlarındadır və onlar (səninlə mübahisə etdikləri məsələləri, qiyamət günü kafirlərin Allah yanında mö’minlərdən üstün olacağını oradan öyrənib) yazırlar?!
فَاصْبِرْ لِحُكْمِ رَبِّكَ وَلَا تَكُن كَصَاحِبِ الْحُوتِ إِذْ نَادَىٰ وَهُوَ مَكْظُومٌ
( 48 ) ![Azəri - Al-Qalam ( The Pen ) - Aya 48 Al-Qalam ( The Pen ) - Aya 48](style/islamic/icons/mp3.png)
(Ya Rəsulum!) Sən öz Rəbbinin hökmünə səbr et və balıq sahibi (Yunis peyğəmbər) kimi olma (risaləti təbliğ etməyi yerə qoyma). O zaman o, (balığın qarnında) qəm-kədər içində boğularaq (Rəbbinə) dua etmişdi.
لَّوْلَا أَن تَدَارَكَهُ نِعْمَةٌ مِّن رَّبِّهِ لَنُبِذَ بِالْعَرَاءِ وَهُوَ مَذْمُومٌ
( 49 ) ![Azəri - Al-Qalam ( The Pen ) - Aya 49 Al-Qalam ( The Pen ) - Aya 49](style/islamic/icons/mp3.png)
Əgər Rəbbindən ona bir mərhəmət (ne’mət) yetişməsəydi, o, məzəmmət olunaraq quru yerə (səhraya) atılacaqdı.
فَاجْتَبَاهُ رَبُّهُ فَجَعَلَهُ مِنَ الصَّالِحِينَ
( 50 ) ![Azəri - Al-Qalam ( The Pen ) - Aya 50 Al-Qalam ( The Pen ) - Aya 50](style/islamic/icons/mp3.png)
Amma (tövbə etdikdən sonra) Rəbbi onu (Öz bəndələri içərisində) seçdi və salehlərdən (peyğəmbərlərdən) etdi.
وَإِن يَكَادُ الَّذِينَ كَفَرُوا لَيُزْلِقُونَكَ بِأَبْصَارِهِمْ لَمَّا سَمِعُوا الذِّكْرَ وَيَقُولُونَ إِنَّهُ لَمَجْنُونٌ
( 51 ) ![Azəri - Al-Qalam ( The Pen ) - Aya 51 Al-Qalam ( The Pen ) - Aya 51](style/islamic/icons/mp3.png)
(Ya Peyğəmbər!) Həqiqətən, kafirlər Qur’anı eşitdikləri zaman (sənə olan həsədlərindən və qəzəblərindən dolayı) az qala səni gözləri ilə yeyələr. Onlar (sənin barəndə): “O divanədir!” – deyirlər.
وَمَا هُوَ إِلَّا ذِكْرٌ لِّلْعَالَمِينَ
( 52 ) ![Azəri - Al-Qalam ( The Pen ) - Aya 52 Al-Qalam ( The Pen ) - Aya 52](style/islamic/icons/mp3.png)
Halbuki bu (Qur’an) aləmlərə (insanlara və cinlərə) ancaq bir öyüd-nəsihətdir! (Onun nazil olduğu kimsə heç vaxt divanə ola bilməz!)